Azyaşlı “nişanlı” qızın qətli… – Ağazadə

Azyaşlı “nişanlı” qızın qətli… – Ağazadə

Son vaxtlar sığınacağa müraciət edənlərin yaş həddi 14-17 arasındadır. Mən buna erkən nikahdan çox, cinsi zorakılıq deyirəm. Çünki o yaşda uşaq evliliyin nə olduğunu bilmir.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə dünən Hökməli qəsəbəsində 16 yaşlı qızın nişanlısı tərəfindən öldürülməsilə bağlı açıqlamasında deyib.

“Qətllər həmişə var, olub və olacaq. Amma qətlin yaşı azalırsa, bu, böyük bir təhlükədən xəbər verir. Biz artıq uşaqlarımızın qorunma mexanizmində dəyişiklik etməliyik. Qanunlar sərtləşdirilməlidir. Hətta “ad eləmişik”, “nişan olub” deyənlərə cəza tətbiq olunmalıdır”, – Kəmalə Ağazadə bildirib.

Teqlər: