Əhalinin sayı açıqlandı

Əhalinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

Teqlər: