Ankara İrəvanla futbol diplomatiyasına qayıdır? – Kılıç

Ankara İrəvanla futbol diplomatiyasına qayıdır? – Kılıç

Ankara Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə futbol diplomatiyasına əl ata bilər.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç deyib.

“Martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində – red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək. Komandamız ora gedəcək, ola bilsin ki, biz də getdik. Normallaşma prosesi müsbət gedir. Ermənistanın Azərbaycanla münasibətlərində də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, – Kılıç bildirib.

Teqlər: