Egey dənizində yenidən güclü zəlzələ oldu

Egey dənizində yenidən güclü zəlzələ oldu

Egey dənizi sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Muğla vilayətinin Datça rayonundan 97,97 kilometr uzaqlıqda, dəniz səthindən 14,36 kilometr dərinlikdə meydana gəlib.

Qeyd edək ki, ötən gün də Egey dənizinin Gökova körfəzi sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Teqlər: