Bakıda uşaq evindən xalça oğurlayan qadın saxlanıldı

Bakıda uşaq evindən xalça oğurlayan qadın saxlanıldı

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.

Bu barədə AzerTimes-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Kərimova saxlanılıb.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Teqlər: