Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan bu gün Türkiyəyə rəsmi səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.
Məlumata əsasən, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.
Bildirilir ki, səfər zamanı Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçiriləcək. Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.