Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 42 484 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 932 408 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 165 nəfər, hazırkı dövrədək isə 144 137 nəfər vəfat edib.