Türkiyədə yük maşını mikroavtobusa çırpılıb, çox sayda xəsarət alan var

Türkiyənin Şanurfa əyalətində ağır yol qəzası baş verib.

AzerTimes-ın məlumatına görə, yük maşını yolun kənarında dayanan mikroavtobusa çırpılıb və hər iki nəqliyyat vasitəsi yolun kənarındakı xəndəyə düşüb.

Məlumata əsasən, qəza nəticəsində 14 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.