DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt
istiqamətində tikinti-bərpa işləri aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən AzerTimes-a verilən məlumata görə, bununla
əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq
məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib,
təhlükəsizlik üçün əlavə tədbirlər görülüb, müvafiq nişanlama
xətləri çəkilib, müvəqqəti yol nişanları quraşdırılıb.

DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət
intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər
sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat
hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət
edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət
edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi,
sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin
tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı
olmağı xahiş edib.

Teqlər: