Dünyanın ən yaşlı sakini vəfat edib

Yaponiyada Ginnesin rekordlar kitabına əsasən dünyanın ən yaşlı
sakini hesab olunan qadın vəfat edib.

Trend-in
məlumatına görə, Kane Tanaka 120 yaşında dünyasını dəyişib. Onun bu
il yanvarın 2-də 119 yaşı tamam olmuşdu.

1903-cü ildə anadan olmuş K.Tanaka 1970-ci illərdə pensiyaya
çıxana qədər mağazada satıcı işləyib.

2006-cı ildə, 103 yaşında o, xərçəng xəstəliyindən müalicə
olunub.