MDU-da “21-ci əsrin bacarıqları” mövzusunda seminar keçirilib (FOTO)

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə “21-ci əsrin bacarıqları” mövzusunda seminar
keçirilib.

Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbə və
magistrantların iştirak etdiyi seminarda “Kəşf et” layihəsinin
təsisçisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) layihə
meneceri Jalə Ələkbərova təqdimatla çıxış edib.

“Kəşf et” layihəsindən bəhs edən J.Ələkbərova əsas məqsədin yeni
dövrdə inkişaf etdirilməsi vacib olan bilik və bacarıqları, onların
karyera inkişafında rolunu gənclərin diqqətinə çatdırılması
olduğunu bildirib.

Təqdimat zamanı J.Ələkbərova müasir peşələr, fərdin hərtərəfli
inkişafı üçün lazım olan yumşaq bacarıqlar (soft skills) və sərt
bacarıqlar (hard skills) barədə ətraflı məlumat verib.

İnteraktiv qaydada keçirilən seminar iştirakçılar tərəfindən
maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının
artırılmasına hədəflənən müvafiq görüşlərin keçirilməsinə xüsusi
önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin
fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Teqlər: