Dünyanın ən varlı adamlarının ilin əvvəlindən itirdikləri vəsait açıqlanıb

Dünyanın ən zəngin insanları olan “Tesla” və “SpaceX”-in sahibi
İlon Mask, “Amazon” və “Microsoft”-un qurucuları Ceff Bezos və Bill
Qeyts 2022-ci ilin əvvəlindən 115 milyard dollar itirib.

Trend xəbər
verir ki, bu barədə “Bloomberq” agentiliyi yazır.

Mayın 29-na olan məlumata görə, Maskın sərvəti 224 milyard
dollar, Bezosun 139 milyard dollar, Qeytsin sərvəti 23 milyard
dollar olaraq qiymətləndirilir. Milyarderlər müvafiq olaraq
birinci, ikinci və dördüncü yerləri tuturlar. Üçüncü yerdə 133
milyard dollarla “Louis Vuitton Moët Hennessy” şirkətinin rəhbəri
Bertrand Arnault qərarlaşıb.

Son beş ayda “Tesla” və “SpaceX”-in sahibi 46,4 milyard, “Microsoft”-un yaradıcısı 15,1 milyard, Bertran Arno 44,7 milyard
itirib. Ən böyük maliyyə itkisi ilə “Amazon”un yaradıcısı üzləşib –
53,2 milyard.

Dünyanın ən varlı adamlarının ilk beşliyində təmsil olunanlardan
yazlnız “Berkshire Hathaway” şirkətinin baş direktoru Uorren Baffet
sərvətini 6,54 milyard dollar artıraraq 115 milyard dollara
çatdırıb.