Dünyada koronavirusa yoluxanların sayı 517 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 517 milyon nəfəri
keçib.

Trend xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və
yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar
aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 517 099
297 nəfərə, koronavirusa yoluxanlardan 6 250 668 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ (81 858 744
yoluxma halı və 997 503 ölüm halı), Hindistan (43 102 194 və 524
064), Braziliya (30 558 530 və 664 361), Fransa (29 119 127 və 147
707), Almaniya (25 295 950 və 136 533) və Böyük Britaniyada (22 292
118 və 176 860) qeydə alınıb.