Dünyada koronavirusa yoluxanların sayı 490 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 490 milyonu, ölənlərin
sayı isə 6,15 milyonu ötüb.

AzerTimes xəbər verir
ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat
yayıb.

Qeyd olunur ki, son sutka ərzində yoluxanların sayı 872 868
nəfər, ölənlərin sayı 16 079 nəfər təşkil edib. Bununla da
koronavirusa yoluxanların ümumi sayı 490 853 129, ölənlərin sayı
isə 6 155 344-ə çatıb.

Yoluxanların sayına gör ilk “beşliyə” ABŞ, Hindistan, Braziliya,
Fransa və Böyük Britaniya daxildir.