Çempionlar Liqası: “Mançester Siti” “Atletiko Madrid”i məğlub edib

“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk
oyununda “Atletiko Madrid”i məğlub edib.

AzerTimes-ın
məlumatına görə, görüş Mançesterdəki “Enfild” stadionunda
keçirilib. Meydan sahibləri Kevin De Bruynenin qolu sayəsində
qələbəni təmin ediblər. 1/4 finalın ikinci oyunu aprelin 13-də
İspaniyada keçiriləcək.

Həmçinin aprelin 5-də İngiltərənin “Liverpul” klubu Lissabonda
“Benfika”nı məğlub edib. Mersisaydlılar rəqiblərinə 3:1 hesabı ilə
qalib gəlib.

Teqlər: