Dünya “ağıllı” enerji keçidinə ehtiyac duyur – Pərviz Şahbazov

Xəbər - Trend:

Dünya “ağıllı” enerji keçidinə ehtiyac duyur.

Trend-in
məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Antalya
Diplomatiya Forumu çərçivəsində enerji təhlükəsizliyi mövzusunda
panel müzakirəsi zamanı deyib.

“Bizə yaxşı düşünülmüş, uzunmüddətli enerji siyasəti lazımdır.
Enerji təhlükəsizliyi məsələlərini digər enerji məsələləri ilə
yanaşı beynəlxalq gündəliyin diqqət mərkəzində saxlamalıyıq. Bu,
çox vacibdir. Bir enerji mənbəyi növünün rolunu azaldıb digərlərinə
üstünlük doğru deyil. Bizə “ağıllı” enerji keçidi lazımdır”, –
P.Şahbazov deyib.

Twitter:
@Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: