Azərbaycanda daha 197 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni
yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat
edib.

İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011
nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər
aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test
icra olunub.

Teqlər: