“Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonu Novruz günlərində! (FOTO)

Başa çatmaqda olan “Dubay Ekspo 2020”dəki Azərbaycan
pavilyonunda Novruz bayramı günlərində növbəti ziyarətçi axını
yaşanır.

AzerTimes xəbər verir ki, Novruz
bayramı ilə əlaqədar təşkil olunan bayram şənlikləri və
pavilyondakı ekspozisiyalar böyük maraqla qarşılanıb.

Ötən gün pavilyonda Xalq artisti Tünzalə Ağayevanın iştirakı ilə
konsert olub. Qarşıdakı günlərdə də milli pavilyonda Novruz
şənlikləri konsert proqramları ilə davam edəcək. Bayram günlərində
Dubayda olan hər kəs Ekspo 2020-nin son günlərini Azərbaycan
pavilyonunda daha da maraqlı edə bilər.

Teqlər: