Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu
ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu
gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar
edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzerTimes-a verilən
məlumata görə, faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları
ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.