Ötən gün 10 yanğına çıxış olub – FHN (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış
və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı
azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, Bakı şəhərinin
Yasamal rayonunda 1953-cü il təvəllüdlü Arjevitina Yekaterina
Konstantinovnanın meyiti bağlı qapı arxasında aşkar edilərək
aidiyyəti üzrə təhvil verilib.

Teqlər: