Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Al Market” MMC ilə birgə “Açıq qapı günü” təşkil olunub.
Tədbirdə Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli,
Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, millət
vəkili Elnur Allahverdiyev və digər qonaqlar iştirak edib.
Abbasbəyli tədbir iştirakçılarına Agentlik tərəfindən
işəgötürənlərlə əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran
vətəndaşların məşğulluğunun təmin olunması üçün həyata keçirilən
tədbirlər barədə nəlumat verib.
“Açıq qapı günü” tədbirində işsiz və işaxtaran şəxslərə Yasamal
rayonunda fəaliyyət göstərən və yeni fəaliyyətə başlayacaq 25
mağazaya müdir müavini və satıcı vakansiyaları təqdim edilib.
Vakansiyalara ümumilikdə 132 işsiz və işaxtaran şəxs müraciət
edib, onlardan 76 nəfərin CV-si şirkət tərəfindən qəbul olunub və
ilkin mərhələdə 29 namizəd işlə təmin olunub.