Menecment sahəsində ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkarların nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və
menecerləri “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma
kursunda iştirak etməyə dəvət edir. Sahibkar və menecerlərin
ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı
çərçivəsində keçiriləcək kursda iştirakçılara əyani və onlayn
formatda təlimlər keçiriləcək, Almaniyaya səfər çərçivəsində
şirkətlərlə təcrübə mübadiləsi aparılacaq və işgüzar əlaqələri
genişləndiriləcək.

2022-2023-cü illəri əhatə edən və ingilis dilində təşkil
olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara
beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak
ödənişsizdir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və
menecerlər müvafiq sənədləri 14 mart 2022-ci il tarixinədək
elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun
iştirakçıları proqramın əlaqələndiricisi olan Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən müsabiqə
vasitəsilə seçiləcəkdir.


İxtisasartırma kursu, iştirak üçün lazımi sənədlər və
namizədlərə dair tələblər barədə ətraflı məlumatı KOBİA-nın
www.smb.gov.az saytından əldə
etmək olar: https://bit.ly/3JiiLc7

Teqlər: