Dörd ölkədə NATO-nun hərbi təlimləri başlayıb

Polşa, Latviya, Litva və Estoniyada NATO-nun hava hücumundan
müdafiə qoşunlarının təlimləri başlayıb.

Trend-in
məlumatına görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş
komandanlığı bildirib.

Qeyd olunur ki, “Ramstein Legacy 2022” təlimləri iyunun 12-dək
davam edəcək.

Təlimlərdə ABŞ, Fransa, Almaniya, Norveç, Çexiya, Slovakiya,
Böyük Britaniya, İtaliya, Belçika, Rumıniya, Türkiyə və İspaniya
hərbi hava qüvvələri və raket bölmələri iştirak edəcək.

Bu təlimlərin iki ildən bir keçirilməsi planlaşdırılır.