Doqquzuncu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

Xəbər - Humay Ağacanova – Trend:

Doqquzuncu sinif şagirdlərinin elektron yerdəyişməsi
dayandırılır.

Təhsil Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq 15 mart 2022-ci
il saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında
(sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək
aktiv edilməyəcək.

Teqlər: