Donetskdə bir gündə Ukraynanın 500 hərbçisi həlak oldu

Donetskdə bir gündə Ukraynanın 500 hərbçisi həlak oldu

Donetsk istiqamətində Rusiya qoşunlarının “Cənub” qruplaşmasının bölmələrinin aktiv əməliyyatları davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Gün ərzində ərazidə 490-a qədər ukraynalı hərbçi həlak olub və yaralanıb. Ukrayna bölmələri bir tank, üç piyada döyüş maşını, dörd pikap, 9 maşın, həmçinin ABŞ istehsalı olan M777 də daxil olmaqla, bir neçə artilleriya sistemini itirib”, – Konaşenkov bildirib.

Teqlər: