ABŞ getdikcə liderlik qabiliyyətini itirir

ABŞ getdikcə liderlik qabiliyyətini itirir

ABŞ-ın Asiya regionunda liderlik iddiası əsassızdır.

AzerTimes xəbər verir ki, bu barədə “Qlobal Tayms” məlumat yayıb.

“Vaşinqton anlamalıdır ki, Asiya-Sakit Okean regionundakı əksər ölkələr soyuq müharibə kimi qarşıdurma və böyük güclər arasında münaqişələr görmək istəmir. ABŞ-ın regional lider olmaq istəyi sadəcə arzudur”, – məqalədə deyilir.

Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Sakit Okean Araşdırmaları Bölməsinin direktor müavini Çan Tençzyun əvvəllər ABŞ-ın istənilən regiona müdaxilə imkanının olduğunu qeyd edib:

“Keçmişdə ABŞ liderliyini saxlamaq üçün istənilən regionun işlərinə inamla, güc faktorlarından da istifadə etməklə müdaxilə edə bilərdi. Amma o, indi getdikcə bu rolu oynamaq qabiliyyətini itirir”.

Teqlər: