Dollar bahalaşdı, Tehran ayağa qalxdı

Dollar bahalaşdı, Tehran ayağa qalxdı

Dünən gecə saatlarında Tehranın müxtəlif bölgələrində dolların kəskin bahalaşması səbəbilə hökumət əleyhinə etiraz nümayişləri keçirilib.

AzerTimes xəbər verir ki, Çitqar, Ekbatan qəsəbəsi, Punək, Firdovs bulvarı, Narmək, Niyavəran, Darabadda keçirilən nümayişlərdə etirazçılar hökumət əleyhinə fikirlər söyləyib, dolların qalxmasına etirazlarını bildiriblər.

Əllərində “Bir dollar 56 min tümənə bərabərdir” yazılı plakatlar tutan bəzi etirazçılar dolların və digər valyutaların qiymətinin hər saat artması ilə bağlı “boz təbəqə”nin susmasına etiraz ediblər.

Teqlər: