Doğma arenada çıxış etmək böyük xoşbəxtlikdir – Azərbaycanlı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakıda doğma Milli Gimnastika Arenasında dünya çempionatında çıxış etmək böyük xoşbəxtlikdir.

Bunu AzerTimes-a azərbaycanlı gimnast Nurcan Cabbarlı deyib.

Gimnast bildirib ki, bu yarışlar onun iştirak etdiyi ilk dünya çempionatıdır:

“Çıxış zamanı çox həyəcan hiss etmirdim. Dünya çempionatında iki kateqoriyada, fərdi proqramda və aerodans proqramında çıxış edirəm”.


Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir. Yarışda 22 ölkədən 171 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: