Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb.

AzerTimes-ın məlumatına görə, yarışların ikinci günündə qarışıq cütlüklər arasında, kişilər arasında fərdi proqramda və aerodans üzrə və qrup hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək. Daha sonra komanda hesabında müküfatlandırma mərasimi baş tutacaq.

Bundan başqa, üçlüklər, fərdi proqramda qadınlar arasında aerostep üzrə final mərhələsi və bu növlər üzrə qaliblərin mükafatlandırılması keçiriləcək.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edəcək.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: