Dini dəyərlərə növbəti ehtiram – Prezident İlham Əliyevin açılış etdiyi İlahiyyat İnstitutundan reportaj (VİDEO)

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan İlahiyyat
İnstitutunun yeni inzibati binasının açılışını edib. Trend TV-nin
çəkiliş qrupu yeni bina ilə tanış olub, İlahiyyat İnstitutunun
müəllim və tələbə kollektinin təəssüratlarını öyrənib.

Müəllim və tələbələr Azərbaycanda din sahəsinə göstərdiyi böyük
dəstəyə, yeni binada yaradılan ən müasir şəraitə görə Prezident
İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov
qeyd edib ki, dünyanın bütün böyük dinləri İlahiyyat İnstitutunda
tədris olunur.

“Bu da öz növbəsində Prezident İlham Əliyevin timsalında
Azərbaycan dövlətinin ölkəmizdə mövcud olan dini ənənələrə
göstərdiyi hörmətdir. İlahiyyat İnstitutunun qarşısında duran əsas
məqsəd cəmiyyətdə bir fenomen olaraq dinin elmi əsaslarla,
xurafatdan, radikalizmdən uzaq, müasir dövrə uyğun şəkildə
tələbələrimizə öyrətməkdir. Prezident İlham Əliyevində qeyd etdiyi
kimi tolerantlıq bizim həyat tərzimizdir. Azərbaycan
multikultiralizm ənənəsi bugün xarici universitetlərdə öyrənilir və
tədris olunur”, – deyə A. Şirinov əlavə edib.

Teqlər: