Audiovizual Şuradan televiziyalara XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Audiovizual Şurasından televiziya
yayımçılarına xəbərdarlıq edilib.

Şuradan AzerTimes-a
verilən məlumata görə, aprel ayının əvvəlindən televiziya
yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual
Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı
yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert
qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və
davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları
qeydə alınmışdır. Həmin proqramlarda belə situasiyalar əvvəllər
nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi
xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter
almırdı.

Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində
canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların
intensivləşməsi və sistematik hala çevrilməsi baş verir. Azərbaycan
Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki,
proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o
cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha
təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati
sanksiyalar tətbiq olunacaqdır.

Teqlər: