Dindarlar “Xanım Fatimeyi Zəhra” məscidində yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkür ediblər – Trend Tv-nin REPORTAJI

Yanvarın 6-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Trend xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkündür. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Ərazidə yaşayan dindarlar, məsciddən istifadə edən şəxslər “Xanım Fatimeyi Zəhra” məscidində yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

“Xanım Fatimeyi Zəhra” məscidinin imamı İlqar Abdullayev bildirib ki, məscid qəsəbədə yerləşən yeganə məsciddir:


“Məscidin yenidən açılması hamımızı çox sevindirir, – deyə məscidin imamı vurğulayıb.

Qəsəbə sakini İlqar Babayev də məsciddə yaradılan şəraitə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib.

Qəsəbə sakini Rövşən Qafarov isə bildirib ki, məscidin təmir edilərək yenidən açılması onu çox sevindirib:

“Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”, – R.Qafarov deyib.

Trend TV “Xanım Fatimeyi Zəhra” məscidindən hazırlanmış reportajı təqdim edir:

Teqlər: