Oğuz rayonunun qaz təchizatında fasilə yaranacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Oğuz rayonunun qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AzerTimes-a verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 11.01.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.

Teqlər: