İran XİN rəhbəri Vyanada keçirilən danışıqlarda ölkəsinin ciddi və xoş niyyətini vurğulayıb

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Maskatda Omanın sultanının müavini Fəhd Bin Mahmud Əl Səidlə görüşündə İranın Vyana danışıqlarındakı ciddiliyini və xoş niyyətini vurğulayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında münasibətləri, eləcə də regiondakı mühüm məsələləri müzakirə ediblər.

İki ölkə arasında tarixi, və eyni zamanda strateji əlaqələrə toxunaraq, İranın XİN rəhbəri iki ölkə arasında münasibətlərin formalaşmasında Omanın mərhum kralı Qabus bin Səidin mühüm rolunu qeyd edərək, Sultan Xeysamın dövründə də Tehran və Maskat arasında əlaqələrin davam etdirildiyini vurğulayıb.

Xarici işlər naziri iqtisadi əməkdaşlıq sahəsində İran İslam Respublikasının yük və sərnişin daşımaları, enerji, turizm, hava yolları və digər əməkdaşlıq sahələrində əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Teqlər: