DİN narkotiklə həbs edilən şəxsin ittihamlarına cavab verdi

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi (DİN) narkotik ittihamı ilə həbs olunan
şəxsin apelyasiya şikayətinə münasibət bildirib.

Nazirlikdən AzerTimes-ın sorğusuna cavab olaraq bildiriblər ki,
məhkəmənin 7 avqust 2020-ci il tarixli hökmü ilə Cinayət
Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilərək 4 il 6 ay
müddətinə azadlıqdan məhrum edilmiş Bakı şəhər sakini Paşa Umudov
həbsindən təxminən 2 il keçəndən sonra apelyasiya şikayəti verərək
bildirib ki, o vaxt ona elan olunmuş narkotik ittihamı
saxtadır.

“Halbuki, 2019-cu ilin oktyabr ayında o, saxlanılarkən özünün də
etiraf etdiyi kimi hal şahidlərinin və vəkilin iştirakı ilə onun
üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb. Həmin vaxt
P.Umudov özü də səmimi şəkildə narkotiklərin qanunsuz dövriyyəsi
ilə məşğul olduğunu bildirmiş və 3 nəfər tanışı da P.Umudovdan
istifadə üçün narkotik vasitə almalarını təsdiq etmişdilər”, –
məlumatda qeyd edilib.

Teqlər: