Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlənməsinə təsir göstərməlidir – Elçin Əmirbəyov

Şuşa. Trend:

Azərbaycan Cənubi Qafqazda sülhün qurulması üçün həm mövcud
formatlarda, həm də yeni məkanlarda işləməyə hazırdır.

Trend-in
məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin
Əmirbəyov Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfrans çərçivəsində deyib.

“Digər ölkələr də Azərbaycanla Ermənistan arasında sülh
prosesinin sürətlənməsinə təsir göstərməlidir. Ermənistan
ləngiməməli və özünün inkişaf imkanlarını, o cümlədən Cənubi
Qafqazda sosial-iqtisadi inteqrasiya çərçivəsində imkanları əldən
buraxmamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: