Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-mart ayları üçün
nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib.
AzerTimes-ın məlumatına görə,
bunu DGK sədri Səfər Mehdiyev “Twitter” səhifəsində bildirib.
“İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət
büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84
milyon manat artıq deməkdir”, – S.Mehdiyev yazıb.