10 kənddə elektrik şəbəkəsi yenidən qurulur (VİDEO)

“Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə
start verib.

“Azərişıq” ASC-dən AzerTimes-a
verilən məlumata görə, bu il ərzində ümumilikdə, müxtəlif
regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin
elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Layihə çərçivəsində Cəlilabad və Biləsuvarın 10 kəndinin
elektrik şəbəkəsi yenidən qurulur.

Cəlilabad rayonunun Sadatlı, Qamışlıgöl, Xəlilli, Albalan,
Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu
kəndlərində işlərə başlanılıb.

Görüləcək işlər çərçivəsində kəndlərdə ümumilikdə 33 ədəd
komplekt transformator məntəqəsi quraşdırılacaq. 111 km-a yaxın 10
kV-luq, 75 km-a yaxın 0,4 kV–luq elektrik xətləri yenilənəcək. 786
abonenti olan 10 kənddə elektrik sayğacları da dəyişdiriləcək.

Biləsuvarın 3 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur.
Rayonun Amankənd, Təzəkənd və Dərvişli kəndlərində işlərə
başlanılıb. 1232 abonenti olan bu 3 kənddə ümumilikdə 19 ədəd
komplekt transformator məntəqəsi quraşdırılacaq. 36 km-a yaxın 10
kV-luq, 65 km-a yaxın 0,4 kV-luq elektrik xətləri yenisi ilə
əvəzlənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da
işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər
haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

Teqlər: