Deputatlar parlamentin yaz sessiyasının sonuncu iclasına toplaşıb

Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə
başlayıb.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ
daxildir.

Bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin
vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli
Məclisinin qərarının layihəsi.

2.“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

4.Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

5.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

6.“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

7.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

Teqlər: