Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, nəzarət tədbirləri
çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra
orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu,
Ramanı qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məmmədov
Polad Mürsəl oğluna, Əhmədov İlham Əsgər oğluna, Alışov Bəylər
Mehman oğluna, Vəliyev Mehman Balış oğluna, Allahverdiyev Səfər
Qiyas oğluna, Abbasov Sakit Nəbadi oğluna və Əmrahov Qalib
Qardaşxan oğluna məxsus məntəqələrdə baytarlıq
(baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan
kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla
bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə
sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq
quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir
sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən
sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Teqlər: