Ailə münaqişələri uşağın inkişafına, psixi sağlamlığına mənfi təsir göstərir – Hicran Hüseynova

Ailədə baş verən münaqişələr uşağın inkişafına, psixi
sağlamlığına mənfi təsir göstərir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və
Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, nəticədə bu, uşaqlarda davranış pozğunluğu və
digər fəsadlar yarada bilər.

“Uşağın anadan olması yalnız emosional hal deyil, yeni hüquq və
vəzifələr doğurur. Mediatorlar çalışır ki, ailələri barışdırsın,
uşaqların hüquqlarını müdafiə etsinlər”, – H. Hüseynova deyib.

Teqlər: