Deputatlar bu gün 11 məsələnin müzakirəsinə toplaşır

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.

AzerTimes-ın
məlumatına görə iclasın gündəliyinə 11 məsələ daxildir. Bunlar
aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq
haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı
Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı
mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında
bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

Teqlər: