Bakıda keçmiş məhkum silahla yaxalandı (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Bakıda keçmiş məhkum “Kalaşnikov” markalı avtomat silahla
saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Səbail
Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən
qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatın aşkar
edilməsi istiqamətində əməliyyat həyata keçirilib. Daxil olmuş
əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində
Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov
saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 3
ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı
Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini
qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə
Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı
avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq
götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə
etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Teqlər: