Deputatlar 19 məsələnin müzakirəsinə başlayıb

Bu gün Milli Məclisin növbəti iclası keçirilir.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ
daxildir.

Bunlar aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı
haqqında.

2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

8. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

9. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.

10. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və
idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

15. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

18. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

19. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

Teqlər: