Metal oğurlayan 14 nəfərlik dəstə saxlanılıb

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər
saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə,
Ələt-Astara Magistral yolunun Lənkəran rayonu ərazisindən keçən
hissəsindən Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus 1 ədəd
məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin
oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu
törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev
müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi
aşkarlanaraq maddi sübut kimi götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran
Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1200 manat
dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon
sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki
şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini –
Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov,
C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov,
Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb. Şəxsi
axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq
götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov,
S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan
oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır

Teqlər: