Deputatlar 17 məsələnin müzakirəsinə toplaşıb

Bu gün Milli Məclisin növbəti iclası keçirilir.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ
daxildir.

Bunlar aşağıdakı kimidir:

1. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

5. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb
fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

6. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı
haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

8. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

13. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki
dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə
haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

14. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi
haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki
təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”,
“Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”,
“Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları,
müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq
haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

16. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

Teqlər: