Türkiyədə işçiləri aparan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

İstanbulda işçiləri aparan mikroavtobus qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onlardan
ikisinin vəziyyəti ağırdır.

Qəza İstanbulun Ümraniye rayonunda qeydə alınıb.

İlkin məlumatlara əsasən, avtobusda nasazlıq yarandığı üçün
sürücü idarəetməni itirib və yolun kənarında dayanan yük maşınına
çırpılıb.

Yaralı işçilər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı
araşdırma aparılır.