Dənli bitkilərin ixracı ilin sonunadək məhdudlaşdırılıb

Bu il dekabrın 31-dək dənli bitkilərin Azərbaycan
Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq
tənzimlənəcək.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak
səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və
onların istehsalında istifadə olunan malların ölkə ərazisindən
aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında
əksini tapıb.

Qərara əsasən, eyni zamanda, unüyütmə – yarma sənayesi
məhsulları, səməni, nişastalar, inulin, buğda özü, yağlı toxumlar
və bar, digər toxumlar, bar və dən, dərman bitkiləri və texniki
bitkilər, saman və yemin də Azərbaycan Respublikasının gömrük
ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən
buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy
məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Teqlər: