Bu il ət və toyuq məhsulları xüsusi şərtlə ölkədən aparılacaq

Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan
Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq
tənzimlənəcək.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Minimum istehlak
səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və
onların istehsalında istifadə olunan malların ölkə ərazisindən
aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında
əksini tapıb.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən
buraxılışı bu malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu
ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:

– Diri iribuynuzlu mal-qara;

– Diri qoyunlar və keçilər;

– Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;

– Dondurulmuş iribuynuzlu mal-qara əti;

– Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi
əti;

– Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə
və ya soyudulmuş əti;

– Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış,
dondurulmuş əti;

– Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş
cəmdək hissələri və ətin əlavə məhsulları;

– Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək
hissələri və ətin əlavə məhsulları.

Teqlər: