Bir sıra əsas ərzaq mallarının ölkə ərazisindən aparılması tənzimlənəcək – QƏRAR

Nazirlər Kabineti Minimum istehlak səbətinin tərkibinə daxil
olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında
istifadə olunan malların ölkə ərazisindən aparılmasının
tənzimlənməsinə dair tədbirlər haqqında Qərar verib.

Qərarda deyilir:
“İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi
proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının
qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu
ölkələrin
bazarlarında həmin malların logistika-təchizat zəncirində
problemlər yaranır.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, baş verən
proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq
malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə
potensial
mənfi təsirlərinin qarşısının alınması məqsədilə “Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499
nömrəli Fərmanının 28.5-ci bəndinə və “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli
Fərmanının
1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
2
1. Müəyyən edilsin ki:
1.1. siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq
mallarının və onların istehsalında istifadə olunan malların
gömrük
ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və
əhalinin
müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı
proqnoz
əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir;
1.2. bu Qərara əlavə edilən siyahıya daxil olan malların
gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin
malların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
müsbət
rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir;
1.3. bu Qərara əlavə edilən siyahıya daxil olan malların
ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati
icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu
maddəsinə uyğun olaraq tərtib olunmuş ərizəni gömrük
ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat
ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs
malların
bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə
məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim
edir;
1.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu
Qərarın 1.3-cü bəndində nəzərdə tutulmuş müraciətə onun
təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;
1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının
həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə
alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının
yerli
təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim
edilir;
1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu
halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü
müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu
Qərardan irəli gələn məsələləri həll etsinlər.
3. Bu Qərarın 1-ci hissəsi bu Qərara əlavə edilən siyahıya
daxil olan malların Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
3
2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq
edilmiş
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya
məqsədləri
üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən
keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun
olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.
4. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Teqlər: